"Mançester Siti" futbolçusu ilə yeni müqavilə imzalamayacaq

"Mançester Siti" portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva ilə yeni sözləşmə imzalamayacaq.

Sportline.az xəbər verir ki, təcrübəli oyunçu yayda azad agent kimi klubdan ayrılacaq.

"Sun Sport"un yaydığı məlumata görə, "Qalatasaray" 31 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, B.Silva cari mövsüm meydana çıxdığı 28 matçda 1 qol, 2 asistlə yadda qalıb.