"Mançester Siti" "Liverpul"un sabiq futbolçusunu transfer etmək niyyətindədir
"Mançester Siti" "Liverpul"un sabiq futbolçusu Trent Aleksander-Arnoldu transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
"Şəhərlilər" 27 yaşlı sağ cinah müdafiəçisi üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, T.Aleksander-Arnoldun "Real Madrid"lə sözləşməsi 2031-ci ilin yayına qədərdir.
"Los blankos" sözügedən oyunçunu satmaq niyyətində deyil.