"Mançester Siti" özbək futbolçunun müqaviləsinin şərtlərini müəyyənləşdirib

"Mançester Siti" Özbəkistan millisi və "Lans"ın futbolçusu Abdulkodir Xusanovun transferini rəsmiləşdirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, "şəhərlilər" 20 yaşlı müdafiəçi ilə müddəti 2030-cu ilin yayınadək olan müqavilə imzalayacaqlar.

Bu haqda jurnalist Santi Auna X sosial şəbəkəsində məlumat yayıb.

İngiltərə təmsilçisinin "Lans"a bu transfer üçün 50 milyon avro təklif etdiyi bildirilir. 

Qeyd edək ki, Xusanov 2023-cü ildən "Lans"ın formasını geyinir.