"Mançester Siti" "Real Madrid"ə elçi düşdü

“Mançester Siti” “Real Madrid”in yarımmüdafiəçisi Orelyen Çuamenini transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisi fransalı futbolçu üçün 90 milyon avro təklif irəli sürüb.

“Fichajes” portalının məlumatına görə, baş məşqçi Pep Qvardiola Çuamenini taktiki baxımdan komandasına uyğun oyunçu hesab edir və onun transferində maraqlıdır.

Bildirilir ki, “Real Madrid” rəhbərliyi futbolçunu komandada saxlamaq niyyətində olsa da, yüksək məbləğli təklif onların mövqeyinə təsir göstərə bilər.

Qeyd edək ki, Çuameni 2022-ci ildə "Monako" klubundan 80 milyon avroya “Real Madrid”ə keçib. Onun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 46 oyunda meydana çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.