"Mançester Siti" "Seltik"in futbolçusunu heyətinə qatacaq
"Seltik" forması geyinən Kioqo Furuhaşi "Mançester Siti"nin radarına düşüb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, İngiltərə klubu yaxın günlərdə yaponiyalı hücumçu üçün "Seltik"ə təklif göndərəcək.
"Şəhərlilər" Furuhaşini Julian Alverezin əvəzedicisi olaraq görür.
Ötən mövsüm Şotlaniya klubu ilə 50 oyuna çıxan 29 yaşlı futbolçu bu matçlarda 19 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, 2019-cu ildən Yaponiya millisinə dəvət alan Furuhaşi komanda ilə çıxdığı 21 oyunda 5 qol vurub.