"Mançester Siti" transfer qiyməti 50 milyon avro olan futbolçunu istəyir
"Mançester Siti" "Benfika"dan Amar Dediçi heyətə cəlb etmək niyyətindədir.
Sportline.az "Oslobodenje" nəşrinə istinadən xəbər verir ki, Portuqaliyalı klubu bu keçid üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.
23 yaşlı sağ cinah müdafiəçisinin meneceri bu həftə İngiltərə klubunun rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Amar Dediç cari mövsüm meydana çıxdığı 28 oyunda 1 qol, 3 məhsuldar ötürmə müəllifi olub.