"Mançester Siti" və "Liverpul" ingiltərəli müdafiəçini transfer etmək niyyətindədir

"Kristal Pelas"ın ingiltərəli stopperi Mark Gehi iki nəhəng klubdan təklif alıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" və "Liverpul" 25 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.

London klubunun rəhbərliyi M.Gehi üçün ən azı 50 milyon avro tələb edir.

Qeyd edək ki, İngiltərə millisinin üzvünün "Kristal Pelas"la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.