"Mançester Siti" və "Liverpul" yarışa girib

"Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiasso karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Siti" və "Liverpul" 26 yaşlı italiyalı futbolçu ilə yaxından maraqlanır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Kambiasso cari mövsüm meydana çıxdığı 35 matçda 2 qol, 4 asistlə yadda qalıb.