“Mançester Siti” və “Tottenhem” transfer yarışına girib

"Everton"un seneqallı futbolçusu İliman Endiyaye yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" və "Tottenhem" 25 yaşlı sağ cinah vingerini transfer etmək üçün yarışa girib.

İ.Endiyayenin transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 15 matçda 4 qol, 1 asistlə yadda qalıb.