"Mançester Siti" xorvatiyalı futbolçusu ilə vidalaşa bilər

"Mançester Siti" xorvatiyalı futbolçusu Mateo Kovaçiçi bu yay sata bilər.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.

Qeyd edək ki, Kovaçiç "Mançester Siti"yə 2023-cü ilin yayında "Çelsi"dən 29.1 milyon avro qarşılığında transfer olunmuşdu.