"Mançester Siti"də ayrılıq

"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş üçün iki klubdan təklif var.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "İnter" və "Borussiya Dortmund" Qrilişi transfer etmək niyyətindədir.

29 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avrodur.

Qeyd edək ki, "Mançester Siti"nin rəhbərliyi Qrilişin çıxışından narazıdır.