"Mançester Siti"də ayrılıq yaşanacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi Ticcani Reynders yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

27 yaşlı oyunçunun dəyəri 60 milyon avrodur.

Qeyd edək ki, Reynders "Mançester Siti"yə ötən ilin yayında "Milan"dan 54.9 milyon avro qarşılığında transfer olunmuşdu.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 7 qol, 7 asistlə yadda qalıb.