“Mançester Siti”də ciddi itki

"Mançester Siti"nin yeni transferi misirli hücumçu Omar Marmuş milli komandada keçirilən oyunda zədələnib. 

Sportline.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, futbolçu bu həftə sonu baş tutacaq "Mançester Yunayted" ilə derbi qarşılaşmasında meydana çıxmayacaq.

Klubdan verilən məlumata görə, 26 yaşlı hücumçu dünən Misirin Burkina-Faso ilə keçirdiyi 2026 FIFA Dünya Çempionatının Afrika seçmə mərhələsi oyununda zədə alıb.