"Mançester Siti"də şok ayrılıq

"Mançester Siti"nin niderlandlı yarımmüdafiəçisi Ticcani Reynders yayda klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda "Calcio mercato" nəşri məlumat yayıb.

27 yaşlı futbolçu daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.

Qeyd edək ki, Reynders ötən ilin yayında "Milan"dan "Mançester Siti"yə 54.9 milyon avro qarşılığında transfer olunmuşdu.