"Mançester Siti"də yeni futbolçu

"Mançester Siti" "Bornmut"un müdafiəçisi Natan Akeni transfer etməyə yaxındır.

Sportline.az "Guardian"a istinadən xəbər verir ki, "şəhərlilər" niderlandlı futbolçunun keçidini tamamlamaq üzrədir. Bu transfer üçün "Bornmut"a 35 milyon funt-sterlinq ödənəcəyi bildirilib.

Qeyd edək ki, "Bornmut" Niderland millisinin üzvünü 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib. O, bu mövsüm Premyer Liqada  29 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.