"Mançester Siti"dən azad agent kimi ayrılacaq

"Mançester Siti"nin ingiltərəli müdafiəçisi Con Stounz yayda azad agent kimi klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.

31 yaşlı futbolçu 2016-cı ildən "şəhərlilər"in uğurları üçün çalışır.

Qeyd edək ki, C.Stounz sabiq komandası "Everton"a qayıda bilər.