“Mançester Siti”dən “Brentford”a təklif var

“Brentford”un italiyalı sağ cinah müdafiəçisi Maykl Kayode karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Kayodenin İtaliya klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, “Yuventus”, “Bavariya” və “İnter”də sözügedən oyunçu ilə yaxından maraqlanır.