"Mançester Siti"dən "Şalke"yə 43 milyonluq təklif
Yeni mövsümə hazırlaşan "Mançester Siti" heyətini gücləndirməkdə davam edir. SportLine.az xəbər verir ki, "şəhərlilər"in növbəti hədəfi "Şalke"nin gənc ulduzu Leroy Sanedir. 20 yaşlı hücumçu üçün ingilislər 43 milyon funt-strelinq ödəməyə hazırdırlar. Tərəflərin yaxın günlərdə rəsmən razılığa gələcəyi gözlənilir.
Qeyd edək ki, "Şalke" forması ilə 47 oyuna çıxan Sane 11 dəfə rəqibi məyus edib.