"Mançester Siti"dən "Tottenhem"ə keçir
"Mançester Siti"nin qapıçısı Ceyms Trafford yayda "Tottenhem"ə keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
23 yaşlı kiperin dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, C.Trafford cari mövsüm meydana çıxdığı 14 matçda qapısında 10 qol görüb.