"Mançester Siti"dən "Vest Hem"ə doğru
Mateo Kovaçiç "Mançester Siti"dən ayrılmağa yaxındır.
Sportline.az "O Dia" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted" xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
31 yaşlı futbolçu bu mövsüm zədə səbəbindən cəmi 2 oyunda meydanda olub.
Qeyd edək ki, M.Kovaçiç "Mançester Siti" 2023-cü ilin yayında "Çelsi"dən 29.1 milyon avro qarşılığında transfer olunmuşdur.