"Mançester Siti"ni "Barselona"ya dəyişir

"Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Barselona" 31 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Bu haqda "El Chiringuito" nəşri məlumat yayıb.

Qeyd edək ki, B.Silva cari mövsüm meydana çıxdığı 46 matçda 3 qol, 5 asistlə yadda qalıb.