"Mançester Siti"nin futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

"Mançester Siti" və Portuqaliya millisinin müdafiəçisi Joao Kanselonun növbəti klubu "Əl-Hilal" olar bilər.

Sportline.az City Report-a istinadla xəbər verir ki, klublar 30 yaşlı futbolçunun transferi barəsində 35 milyona avroya anlaşmağa yaxındırlar.

Onun Mançester klubu ilə hazırki müqaviləsi 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Kanselo ötən mövsümü icarə əsasında "Barselona"da keçirib və 4 qol, 5 asistlə yadda qalıb.