"Mançester Siti"nin yeni hədəfi
"Mançester Siti" "Lill"in futbolçusu Ayyoub Bouaddini heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
18 yaşlı oyunçu dəyəri 43 milyon avrodur.
Qeyd edək ki, A.Bouaddinin Fransa təmsilçisi ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.