"Mançester Siti"nin yanvar ayı üçün hədəfi
"Mançester Siti" klubu "Kristal Pelas"ın ingiltərəli futbolçusu Mark Gehini transfer etmək istəyir.
Sportline.az "Football İnsider"a istinadən xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Mark Gehinin xidmətində maraqlıdır.
Bu keçidin yanvar ayında reallaşmasını istəyir. "Mançester Siti" Gehi üçün "Kristal Pelas"a 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Mark Gehinin meneceri "Mançester Siti" ilə danışıqlara başlayıb.
24 yaşlı müdafiəçinin "Kristal Pelas"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.