"Mançester Yunayted" 16 yaşlı futbolçu ilə maraqlanır
“Mançester Siti” alman istedad üçün yarışa qoşuldu.
Sportline.az xəbər verir ki, “Mançester Siti”Almaniyanın gənc istedadı Kennet Ayhornuğrunda mübarizəyə qoşulub.
İnsayder Fabrizio Romanonun məlumatına görə, 16 yaşlı futbolçu həm Premyer Liqa, həm də Bundesliqanın aparıcı klublarının diqqət mərkəzindədir. “Mançester Siti” ilə yanaşı, daha bir Premyer Liqa klubu və Almaniya nəhəngləri də gənc oyunçunu izləyir.
Mənbənin bildirdiyinə görə, Kennet Ayhorn gələcəyin çox perspektivli futbolçularından biri hesab olunur və qarşıdakı aylarda onun ətrafında transfer rəqabətinin artması gözlənilir.
Hazırda rəsmi təklif yoxdur, lakin Avropanın top klubları 16 yaşlı istedadı yaxından izləməyə davam edir.