"Mançester Yunayted" 26 yaşlı yarımmüdafiəçini transfer etməkdə israrlıdır

"Nottingem"in yarımmüdafiəçisi Morqan Gibbs-Vayt yayda komandasını dəyişmək qərarına gəlib.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

İngiltərə millisinin üzvü bu keçidə isti yanaşır.

Qeyd edək ki, "qırmızı şeytanlar" Dünya çempionatından sonra Gibbsi Vayt üçün "Nottingem"ə rəsmi təklif göndərəcək.