"Mançester Yunayted" Amad Diallo ilə bağlı qarar verib

"Mançester Yunayted" afrikalı futbolçusu Amad Diallo ilə yola davam edəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Amad Diallo "Mançester Yunayted"lə yeni müqavilə imzalayacaq.

İngiltərə klubu 22 yaşlı futbolçunu satmaq niyyətində deyil.

Qeyd edək ki, A.Diallonun hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.