“Mançester Yunayted” “Aston Villa”nın qapısını döyüb
"Mançester Yunayted" ingiltərəli futbolçu Oli Uotkins üçün "Aston Villa" ilə danışıqlara başlayıb.
Sportline.az "Disco Mirror" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu oyunçunu satmaq niyyətində deyil.
Lakin Uotkinsin özü klubdan ayrılmaq istəyir.
Qeyd edək ki, futbolçunun bu qərarı klub rəhbərliyini qəzəbləndirib.
29 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.