“Mançester Yunayted” Baleba transferindən əmindir

“Mançester Yunayted” “Brayton”un futbolçusu Karlos Balebanın transferindən əmindir.

Sportline.az xəbər verir ki, “qırmızı şeytanlar” yayda 22 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq.

Bu haqda “Sun Sport” nəşri məlumat yayıb.

Qeyd edək ki, Baleba cari mövsüm 19 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.