"Mançester Yunayted" Bruno Fernandeşlə bağlı qərar verdi
"Mançester Yunayted" portuqaliyalı futbolçu Bruno Fernandeşlə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" komandanın kapitanını satmaq niyyətində deyil.
Bu haqda jurnalist Samuel Lukhurst məlumat yayıb.
Qeyd edək ki, B.Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir.