"Mançester Yunayted" - "Çelsi": Düşərgələrdəki son durum

İngiltərə Premyer Liqasında 5-ci turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçlarından biri "Old Trafford"da keçiriləcək.

"Mançester Yunayted" "Çelsi" ilə münasibətlərini aydınlaşdıracaq.

Heyətlərə nəzər saldıqda "qırmızı şeytanlar"da əsas itki Dioqo Dalot, Mateuş Kunya, Lisandro Martinez və Meyson Mountun adı ilə bağlıdır.

"Çelsi"də isə Benua Badiaşili, Romeo Lavia, Levi Kolvil, Dario Essuqo və Liam Delapın adı ilə bağlıdır.

Qeyd edək ki, "Mançester Yunayted" - "Çelsi" oyunu bu gün Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Görüşü Peter Bansk idarə edəcək.