"Mançester Yunayted" daha bir transferi yekunlaşdırmaq üzrədir
"Mançester Yunayted" PSJ-nin futbolçusu Manuel Uqarteni heyətinə qatmağa hazırlaşır.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, klublar 50 milyon avro qarşılığında razılığa gəliblər.
23 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi bildirilib.
Ötən mövsüm Fransa klubu ilə 37 oyuna çıxan Ugarte 3 asistlə yadda qalıb.
Qeyd edək ki, uruqvaylı futbolçu 22 dəfə milli komandanın formasını geyinib.