"Mançester Yunayted" fransalı futbolçunu istəyir
"Mançester Yunayted" Orelyan Çuamenini heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "The Telegraph" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 45 matçda 2 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, O.Çuameni transfer qiyməti 90 milyon avrodur.