“Mançester Yunayted” fransalı futbolçunu transfer etmək istəyir

“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.

Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, “Mançester Yunayted” bu keçid üçün “Çelsi”yə 50 milyon avro təklif edib.

London klubu bu təklifi dəyərləndirəcək.

Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 oyunda 13 qol və 4 asistlə yadda qalıb.