“Mançester Yunayted” futbolçusu ilə yola davam edəcək

"Mançester Yunayted" argentinalı stopperi Lisandro Martinezlə yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu futbolçusuna yeni müqavilə təklif edib.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, L.Martinez "Mançester Yunayted"lə hazır ki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.