"Mançester Yunayted" futbolçusunu 17 milyon avroya satmağa hazırdır
"Mançester Yunayted" ingiltərəli futbolçusu Ceydon Sançonu 17 milyon avroya satmağa hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
"Borussiya Dortmund" və "Yuventus" klubları Sançonu transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, 25 yaşlı futbolçu "Mançester Yunayted"in rəhbərliyi ilə problem yaşayıb. Bu səbəbdən klubdan ayrılmaq fikrində qətidir.