"Mançester Yunayted" futbolçusunu "Ayaks"a icarəyə verir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte icarə əsasında "Ayaks"a keçəcək.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Uruqvay millisinin üzvü bu mövsüm 18 rəsmi matçda meydanda olub. 24 yaşlı oyunçunun məhsuldarlıq göstəricisi yoxdur.

Qeyd edək ki, M.Uqartenin dəyəri 30 milyon avrodur.