"Mançester Yunayted" ingiltərəli futbolçusu ilə yollarını ayırmaq istəyir
"Mançester Yunayted" gələn yay ingiltərəli futbolçusu Luk Şounu satmaq fikrinə düşüb.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı sol cinah müdafiəçisinin çıxışından narazıdır.
L.Şou ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm 3 rəsmi matçda iştirak edib.