"Mançester Yunayted" İspaniya klubuna elçi düşüb
"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Daniel Vivian "Mançester Yunayted"in əsas transfer hədəfinə çevrilib.
26 yaşlı stopperin sərbəst qalma məbləği 35 milyon avrodur.
Qeyd edək ki, D.Vivian bu mövsüm 3 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.