“Mançester Yunayted” “Lill”in futbolçusuna elçi düşüb
“Lill”in kanadalı futbolçusu Conatan Deyvid karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportline.az “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” Deyvidi transfer etmək üçün Fransa klubu ilə danışıqlara başlayıb.
25 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 45 milyon avrodur.
Qeyd edək ki, Deyvid bu mövsüm çıxış etdiyi 31 matçda 18 qol və 7 asistlə yadda qalıb.