“Mançester Yunayted” “Liverpul”u məğlub etdi
İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, turun mərkəzi matçında "Mançester Yunayted" doğma "Old Trafford" stadionunda "Liverpul"u qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
3 may
"Mançester Yunayted" - "Liverpul" - 3:2
Qollar: M.Kunya, 6, B.Şeşko, 14, K.Maynu, 77 // D.Soboslai, 47, K.Qakpo, 56
Qeyd edək ki, "qırmızı şeytanlar" bu qələbə sayəsində gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.
Bundan başqa, vacib qələbədən sonra xallarının sayını 64-ə çatdıran "Mançester Yunayted" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Aktivində 58 xalı olan "Liverpul" isə 4-cü sıradadır.