"Mançester Yunayted" Maneni transfer etmək istəyir
"Mançester Yunayted" "Vulverhempton"un hücumçusu Mateus Maneni transfer etməyi düşünür.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun dəyəri 250 min avrodur.
"Qırmızı şeytanlar" "Vulverhempton"a rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, M.Manenin "canavarlar"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.