"Mançester Yunayted" Meyno ilə danışıqlara başlayıb

"Mançester Yunayted" yarımmüdafiəçisi Kobi Meyno ilə yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" 20 yaşlı futbolçuya yeni müqavilə təklif edib.

Bu haqda "Sky Sports" məlumat yayıb.

Qeyd edək ki, K.Meyno cari mövsüm meydana çıxdığı 15 matçda 1 asistlə yadda qalıb.