"Mançester Yunayted" "Nyukasl"dan futbolçu alır
"Nyukasl"ın futbolçusu Luyis Holl yayda "Mançester Yunayted"ə keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
21 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 42 matçda 1 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, L.Hollun dəyəri 35 milyon avrodur.