“Mançester Yunayted” öz meydanında məğlub oldu
İngiltərə Premyer Liqasında 32-ci tur başa çatıb.
Sportline.az xəbər verir ki, tura “Old Trafford”da yekun vurulub. “Mançester Yunayted” öz meydanında “Lids”i qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb.
“Mançester Yunayted” - “Lids” - 1:2
Qollar: Okafor, 5 (0:1); 29 (0:2), Kazemiro, 69 (1:2)
Qırmızı vərəqə: Lisandro Martinez, 56 (“Mançester Yunayted”)
Məğlubiyyətə baxmayaraq, “Mançester Yunayted” üçüncü pillədəki yerini qoruyub. “Qırmızı şeytanlar”ın hesabında 55 xal var. “Lids” isə xallarının sayını 36-ya çatdırıb və turnir cədvəlində 15-ci pilləyə yüksəlib.