"Mançester Yunayted" portuqaliyalı futbolçu üçün 60 milyon avro təklif edib
PSJ portuqaliyalı futbolçusu Nuno Mendeşlə yollarını ayırmağa hazırlaşır.
Sportline.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" N.Mendeş üçün PSJ-yə 60 milyon avro təklif edib.
Fransa klubunun rəhbərliyi bu məbləğ qarşılığında müdafiəçini satmağa hazırdır.
Qeyd edək ki, transferin yanvar ayında reallaşacağı gözlənilir.
Nuno Mendeşin PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.