"Mançester Yunayted" Qarnaçonun transfer qiymətini açıqlayıb
"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaçonun transfer qiymətini açıqlayıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Qarnaço üçün 60 milyon avro tələb edir.
20 yaşlı futbolçu ilə "Napoli" yaxından maraqlanır.
Qeyd edək ki, Qarnaço bu mövsüm çıxış etdiyi 32 oyunda 8 qol və 5 asistlə yadda qalıb.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.