"Mançester Yunayted" sabiq kapitanı barədə qərar verdi

"Mançester Yunayted" Harri Maquayrla yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu sabiq kapitanına yeni müqavilə təklif edib.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, 32 yaşlı stopperin klubla hazırki sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.