"Mançester Yunayted" seneqallı vingeri izləməyə başlayıb

"Mançester Yunayted" İliman Endiyayeni transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

25 yaşlı futbolçunun transfer qiyməti 45 milyon avrodur.

Qeyd edək ki, Endiyaye bu mövsüm "Lester Siti"nin heyətində çıxış etdiyi 19 matçda 4 qol, 2 asistlə yadda qalıb.