“Mançester Yunayted” “Tottenhem”in futbolçusunu istəyir
"Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir.
Sportline.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır.
Xatırladaq ki, oyunçunun "Tottenhem"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.
O, cari mövsüm bütün yarışlarda 40 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.